EdTech - Yeni Trend!

Dekabr 09, 2021
Paylaş

EdTech (Education Technology) konseptinin dilimizə hərfi tərcüməsi “təhsil texnologiyası” kimidir.

Edtech kompüterdən istifadə edərək sadə riyaziyyatın ibtidai sinif şagirdlərinə öyrədilməsindən, ev tapşırıqlarının rəqəmsal platformaya əlavə edilməsindən, Virtual Reallıq texnologiyasının istifadəsi ilə praktiki tədrisə qədər hər şeyi əhatə edir.

Təhsil üçün istifadə olunan sadə təcrübələr artıq yeni nəsil texnologiya təşəbbüskarları tərəfindən böyük dəyişikliklərə səbəb ola biləcək layihələr halına gətirilir.

Yeni məzmunların fasiləsiz kütləvi şəkildə artması, ümumi auditoriyalarda bölünmələrin çoxalması, media sənayəsinin getdikcə daha da rəqəmsallaşması və qərarların artıq daha çox data yönümlü verilməsi yenilikçi sahibkarlar üçün geniş imkanlar yaradır.

EdTech - in əsas xarakteristikalarından biri odur ki, artıq təhsil qrupa (sinifə) xas yox, individual şəxsə xas olur. Hər kəs özünə uyğun vaxt və uyğun sürətlə təhsil prosesini davam edir.

Təhsildə daha çox individual yanaşmaya önəm verilir və məhz sizə uyğun təhsil hazırlanır. Əvvəlki ənənəvi qaydada olduğu kimi bir tədris proqramı illərlə eyni qalaraq, yüzlərlə insan üçün hazırlanmır və daim yenilənən və özəl olan tədris proqramları əsas olur.

Galactech School - da EdTech startapı konseptindədir və yeni təhsilə öz töhvəsini verməkdədir. Hal-hazırda proqram təminatının da daxil olduğu üç layihə üzərində işlər gedir.

Əgər sizin də EdTech konseptində yaxşı təklifiniz varsa yaxud EdTech startaplarının icmasına qoşulmaq istəyirsinizsə sosial şəbəkələrdə “Edtechlit” deyə axtarış edin.