Texnologiyalar iş dünyasında hansı imkanlar formalaşdırır?

Yanvar 11, 2022
Paylaş

Tipik avstraliyalı, bəzi hesablamalara görə, peşə həyatı boyu karyerasını beş-yeddi dəfə dəyişir. Və bu, çox güman ki, yeni texnologiyalar əməyi avtomatlaşdırdıqca, iqtisadi böhranlar yarandıqca daha da artacaq. İş yerlərinin yox olması yeni bir hadisə deyil, lakin dəyişiklik sürəti getdikcə artır, çoxlu sayda işçini işsiz qoya biləcəyi ilə hədələyir. Yeni texnologiyalar həm də yeni iş yerləri yaradır, lakin onların tələb etdiyi bacarıqlar həmişə köhnə iş yerləri ilə uyğun gəlmir. İşlər arasında müvəffəqiyyətlə hərəkət etmək, mövcud bacarıqlardan maksimum istifadə etmək və yenilərini əldə etmək tələb edilir, lakin köhnə və yeni bacarıqlar arasında fərq çox böyük olarsa, bu keçidlər zəifləyə bilər. Texnologiyanın inkişafı iş problemini gücləndirsə də, bu problemin aradan qaldırılması texnologiyanın tətbiqi ilə mümkün ola bilər. 2018-ci ildə karyera keçidlərinin mümkünlüyünü müəyyənləşdirmək üçün Süni intellekt layihəsi irəli sürülüb. Layihənin əsas məqsədi fərqli ixtisaslar üzrə ixtisaslaşmış şəxslərin karyera dəyişiklikləri həyata keçirdikləri zaman hansı bacarıqları öyrənmələrinin lazım olduğunu və ixtisaslar arasında oxşarlıqlara uyğun olaraq keçidin uğurlu olma ehtimalını müəyyən etməkdən ibarətdir.Məsələn, tədqiqat zamanı aydın olub ki, mühasiblərin maliyyə analitiki olma ehtimalı nə qədər yüksəkdirsə, əksinə baş verəcək karyera keçidinin müvəffəqiyyətli olma ehtimalı daha aşağıdır. Belə nəticəyə gəlmək olar ki, texnologiyanın inkişafı düzgün şəkildə adaptasiya ola biləcək şəxslər üçün müsbət, inkişafdan geri qalan və yeni sistemi qəbul etməkdə çətinlik çəkən şəxslər üçün mənfi təsir göstərəcək. Texnoloji sahələrin inkişafı əmək bazarında çətinliklər formalaşdırsa da, müasir dövrdə dəyişikliklərin olması qaçınılmazdır. Lakin nəzərə almaq lazımdır ki, işçilərin iş yerləri arasında keçid etməyini asanlaşdıracaq ən effektiv variantlar da texnoloji sahələrin inkişafından sonra həyata keçirilə bilər.