"Data Fabric" - Ən yaxşı Data Texnologiyaları Tendensiyası

İyul 18, 2022
Paylaş

Gartner tədqiqat şirkəti Data Fabric terminini "2021-ci ilin ən yaxşı 10 data və analitik texnologiya tendensiyaları" sırasına daxil edib. Belə ki, bu yazımızda Data Fabric texnologiya trendinin nə olduğunu və niyə Data Fabric-ə ehtiyacımız olduğunu araşdıracayıq.

Getdikcə daha çox texnologiyanın həyatımıza inteqrasiyası ilə yüz minlərlə müxtəlif tip dataların idarə edilməsi və istifadə olunması lazım olur. Data Analitikası bu işi müəyyən qədər görsə də, tam optimal və əlçatan analiz prosesindən danışa bilmərik. Bu zaman köməyə “Data Fabric” çatır. Çünki “Data Fabric”-in ən böyük üstünlüyü onun müxtəlif məlumat mərkəzlərini birləşdirməsindədir.

İBM data fabric üçün belə bir tərifdən istifadə edir: Data Fabric scattered (dağınıq) datanın manipulyasiyasını, analizini, idarəsini avtomatlaşdırır və data istifadəçilərinin o cümlədən müəssisələrinin datadan alınan nəticələrlə effektivliyini maksimuma qaldırmasına imkan yaradır.

Belə ki, “Data Fabric” qurulduqda məqsədəuyğun təkrarlanan proseslər daimi daxil olan yeni datalar üzərində alqoritm tərəfindən tətbiq olunur və istənilən vaxt dəyişən tendensiya ilə bağlı cari report əldə etmək olur.

Data Fabric data ilə bağlı proseslərin mürəkkəbliyini həm biznes həm də müştəri tərəfindən minumuma endirir. Həmçinin Data Fabric datanın daşınması, inteqrasiyası ilə məşğul olan texnoloji mürəkkiblikləri asanlaşdırır və bütün məlumatları müəssisə daxilində əlçatan edir.

Əlavə olaraq Data Fabric-i tətbiq etmək: 1.Müasir edge-to-cloud tətbiqlərinə icazə verir; 2.Müxtəlif komponentlər vasitəsilə istənilən data mənbəyinə qoşularaq kodlaşdırma ehtiyacını aradan qaldırır; 3. Etibarlı məlumatlara daha sürətli çıxışı təmin edir; 4. Köhnə infrastruktur və həllərdən asılılığı azaldır.

Data Fabric ən çox aşağıdakılar üçün istifadə edilir: 1.Müştəri profilləri; 2.Saxtakarlığın aşkarlanması; 3.Profilaktik təhlil.

Nəticə etibarilə Data Fabric-in tətbiq edilməsi data-nın idarə edilməsi ilə bağlı problemlərin öhdəsindən gəlməyə və rəqabət üstünlüyü əldə etməkdə böyük rol oynayır.