Ən yaxşı data analitika alətləri

İyul 26, 2022
Paylaş

Data analitika inkişaf etdikcə, mövcud data analitika alətlərinin çeşidi də onunla birlikdə artır. Bu gün data analitika biznesdə mühim rol oynayır və bu səbəbdən biznes ehtiyaclarımıza cavab verən düzgün analitik aləti seçmək son dərəcə vacibdir. Bəs bunlar arasında ən yaxşı alətlər hansılardır? Bu yazımızda son ilin ən yaxşı data analitika alətləri haqqında danışacayıq.

Elə isə başlayaq:

Power BI

Data mütəxəssislərinə datanı düzgün və daha dolğun izah etməyə kömək edən güclü biznes analitika və vizuallaşdırma vasitəsidir. Datanı vizual şəkildə görmək onları analiz etməyə və mövcud problemləri sürətli şəkildə aşkarlamağa kömək edir. Bu səbəbdən də Power BI istifadəsi aparıcı şirkətlər üçün mühim rol oynayır. Hətta son dövrlərdə PowerBI istifadəçiləri arasında satış, maliyyə, marketing menecerlərinin də sayı kəskin şəkildə artmaqdadır.

Excel

Microsoft Excel bütün dünyada ən məşhur Data Analitika alətlərindən biridir. Faktiki olaraq bütün data analitiklər və kiçik həcmli data analizi etmək istəyən istənilən sahə mütəxəssisləri, data üzrəində əməliyyatlar etməyi, düstürları tətbiq etməyi, hesablamaları yerinə yetirməyi asanlaşdıran bu analitik alətdən istifadə edirlər.

Python

Data Analitika üzrə ən yaxşı alətlərdən biri də şübhəsiz ki, hazırda ən populyar proqramlaşdırma dili olan Python-dır. İnsan dilinə bənzər sintaksisə sahib olması ilə yanaşı eyni zamanda data təhlilinə gərəkli və istifadəsi son dərəcə rahat olan “framework” və “library”-ləri özündə birləşdiririr. (məs. Numpy, Pandas, Matplotlib, Scikitlearn, Pytorch) Python, öyrənmək üçün nisbətən asan və Open Source proqramlaşdırma dilidir. Geniş icmaya sahib olması bu proqramlaşdırma dilinin daha bir üstünlüyüdür.

SQL

Strukturlaşdırılmış Sorğu Dili (Structured Query Language) əlaqəli verilənlər bazalarını (database) idarə etmək və onlarda verilənlər üzərində müxtəlif əməliyyatları yerinə yetirmək üçün istifadə olunan sorğu dilidir. SQL aşağıdakılar üçün istifadə olunur: verilənlər bazası cədvəlinin və indeks strukturlarının dəyişdirilməsi; məlumat sətirlərinin əlavə edilməsi, yenilənməsi və silinməsi və s.

Apache Spark

İrihəcmi dataları (big data) sürətli emalı üçün istifadə olunan data analitika alətidir. Apache Spark qısa müddət ərzində məlumatları paralel olaraq emal etməyə imkan verir. Apache Spark-ın əsas xüsusiyyəti proqramın emal sürətini artıran yaddaşdaxili klaster hesablamasıdır.

Bütün qeyd olunan alətlərin tədrisini əhatə edən Galactech School-un Data Analitika Bootcamp-lərinə qoşulmaq üçün müraciət edə bilərsiniz.