Yeniliklər

Noyabr 28, 2021
Paylaş

Texnologiyanın inkişafının fasiləsiz və sürətli şəkildə inkişaf etdiyi müasir dövrdə nəinki texnoloji yeniliklərdən, hətta onların təsirindən belə uzaq qalmaq mümkün deyil.

Ətrafımızda gördüyümüz hər şey demək olar ki, texnologiyanın təsirinə məruz qalıb.

Qısacası qeyd etmək lazımdır ki, bu sahənin inkişafı özlüyündə sahə üzrə inkişaf edən kadrların mövcudluğunu da ehtiyacı artırır.

Elə bu məsələni prioritet hesab edən Galactech School istər ilkin ideya baxımından, istərsə də fəaliyyətə başladığı dövrdən etibarən təhsilin nəticələrində mümkün ən maksimum uğuru əldə etməyi vacib sayır.

Galactech School mövcud bazarda ilk dəfə olaraq ‘EdTech’ konseptini tətbiq edən yaradıcı şirkətdir.

Şirkət hər kəs üçün texnoloji sahələrdə inkişaf istiqamətlərinin mövcudluğunun və hətta yüksək nəticələr əldə etməyin də mümkünlüyünü diqqətə çatdırır.

Xarici təcrübəni incəliklə öyrənib, EdTech konseptinin xarakteristikalarına uyğun şəkildə həmin təcrübəni lokal auditoriya üçün ən səmərəli hala salıb və apardığı araşdırmaların nəticələrinə uyğun olaraq öz töhvələrini də verib.

Bunun nəticəsi olaraq hal-hazırda Galactech School gələcəyin innovatorlarına iki proqram təklif edir.

Galactech School kəmiyyət yaxud keyfiyyət kimi parametrlərdən sadəcə birini diqqət mərkəzində saxlamır, hər iki parametri də eyni qədər vacib hesab edərək, onları balansda saxlamağa səy göstərir.